AZ

Azərbaycan və Şimali Makedoniya diplomatik və xidməti pasport sahiblərinin vizadan azad edilməsi haqqında saziş imzalayıb

Azərbaycan Respublikası Hökuməti və Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında Saziş imzalanıb.

Olaylar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.

Bildirilir ki, sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın Xarici işlər və xarici ticarət naziri Timço Mutsunski imzalayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
28
2
olaylar.az

3Mənbələr