AZ

Avropa Komissiyası ABŞ-ın tariflərinə cavab olaraq yeni tədbirlər görür

Avropa Komissiyası (AK) ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi yeni tariflərə cavab olaraq, ABŞ mallarının Avropa İttifaqına idxalına qarşı çevik və mütənasib əks tədbirlər görür.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Avropa Komissiyasının dərc olunmuş bəyanatında deyilir.

Sənədə əsasən, ABŞ-ın Aİ ixracına 18 milyard avrodan çox dəyərində yeni rüsum tətbiq etməsinə cavab olaraq, AK ABŞ-ın ixracına qarşı yeni əks tədbirlər toplusuna başlayır və bu, üzv dövlətlər və maraqlı tərəflərlə məsləhətləşmələrdən sonra aprel ayından qüvvəyə minəcək.

Yeni əlavə tədbirlər paketinə əlavə olaraq, AK 2018 və 2020-ci illərdə qəbul edilmiş əvvəllər dayandırılmış balanslaşdırma tədbirlərini də bərpa edəcək.

Vaşinqtonla razılıq əldə olunarsa, Aİ-nin ABŞ-ın Avropa polad və alüminiumuna tətbiq etdiyi tariflərə qarşı cavab tədbirləri istənilən vaxt ləğv edilə bilər.

AK prezidenti Ursula fon der Leyen ABŞ-ın Avropadan idxal edilən polad və alüminiuma tətbiq etdiyi tariflərə qarşı Aİ-nin əks tədbirlərini güclü, lakin mütənasib adlandırıb.

Seçilən
17
operativmm.az

1Mənbələr