AZ

Siyasi fəal Kərim İsmayılzadə İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb

Türkiyənin Anadolu xəbər agentliyi, eləcə də Araz News xəbər saytı kimi mənbələr bu barədə məlumat yayıblar.

“Yerli mənbələrin məlumatına görə, İranın təhlükəsizlik qüvvələri bazar ertəsi günü türk fəal Kərim İsmailzadənin iş yerinə basqın edərək, onu nəzarət altına alıb və naməlum yerı aparıblar,” Anadolu agentliyi bildirib.

İsmailzadənin hansı səbəblərə görə saxlanıldığı bəlli deyil. O təxminən bir ay əvvəl sosial şəbəkələrdə Ümumi və İnqilab Prokurorluğunun 15-ci şöbəsinə çağırıldığına dair məlumat yaymışdı.

Kərim İsmayılzadə keçən illərdə dəfələrlə İranın təhlükəsizlik və məhkəmə orqanlarının təhdid və təzyiqlərinə məruz qalıb. 

Urmiyə gölünün quruması ilə əlaqədar təşkil olunan kampaniyalar çərçivəsində fəaliyyət göstərdiyi üçün keçən il 6 həbsə məhkum olunan İsmayılzadə 2023-cü ilin sentyabr ayında Təbriz həbsxanasından sərbəst buraxılıb.

Hüquq müdafiəçiləri onun həbsdə olduğu müddətdə lazımi tibbi yardımdan məhrum edildiyini yazmışdılar.

visiontv.az



Seçilən
36
visiontv.az

1Mənbələr