Bakı. Trend:
Gürcüstanın Tbilisi şəhər məhkəməsi ölkənin sabiq prezidentiMixayil Saakaşvilini 3,2 milyon dollardan çox məbləğdə dövlətvəsaitinin talan edilməsi ilə bağlı işdə təqsirli bilinərək, onudoqquz il müddətinə azadlıqdan məhrum edib.
Trend xəbər verirki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, hökmü hakim Badri Koçlamazaşvili oxuyub. Qəraraəsasən eyni zamanda, Saakaşvilinin mühafizəsinin keçmiş rəisiTeymuraz Canaşiya təqsirli bilinsə də, hakim onu 3 min lari(təxminən 1830 AZN) məbləğində cərimələməklə kifayətlənib.
Qeyd edək ki, Saakaşvili hökmün oxunduğu iclasda iştirak etməyibvə video-konfrans vasitəsilə belə qoşulmayıb.