AZ

Vacib oyun öncəsi “Neftçi” bu addımı atmağa hazırlaşır

“Neftçi” AFFA İntizam Komitəsinin hücumçusu Bassala Sambuya verdiyi cəzadan narazıdı.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” oyunçuya verilən iki matçlıq cəzanı qəbul etmir. Rəhbərlik bununla bağlı apellyasiya şikayətinə hazırlaşır.

“Neftçi” futbolçusunun cəzasının bir oyuna endirilməsini və ölkə kubokunun yarımfinalında “Sabah”a qarşı görüşlərin birində forma geyinməsini istəyir.

Xatırladaq ki, Sambu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Kəpəz”ə qarşı cavab matçında birbaşa qırmızı vərəqə görüb. İK buna görə, futbolçuya 2 oyunluq cəza verib.

Seçilən
15
idmanxeber.az

1Mənbələr