AZ

Rusiya Kursk vilayətinin Sudja şəhərinə nəzarəti geri qaytarıb

Rusiya ordusu Kursk vilayətinin Sudja şəhərinə nəzarəti geri qaytarıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

TASS və RİA Novosti Sudja şəhər administrasiyasında Rusiya bayrağının qaldırılması, şəhərin mərkəzinin Rusiya Silahlı Qüvvələrinin nəzarətinə qaytarıldığını yazıb.

Qeyd edək ki, Sudja daxil olmaqla Kursk vilayətinin bir hissəsi ötən ilin avqustunda Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçmişdi.

Seçilən
38
3
apa.az

9Mənbələr