AZ

Sloveniya səfiri: Azərbaycanın Xəzər və Qara dəniz arasındakı mövqeyi logistika baxımından çox vacibdir

Azərbaycanın Xəzər və Qara dəniz arasındakı mövqeyi logistika və əlaqə baxımından çox vacibdir.

Bunu “Report”un Türkiyə bürosuna müsahibəsində Sloveniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qorazd Rençel deyib.

Onun sözlərinə görə, Slovaniya və Azərbaycan arasında münasibətlər çox yaxşıdır, siyasi dialoq güclənir:

"Biz gələn il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. Ölkələrimiz öz geosiyasi mövqelərinə görə oxşardır. Sloveniya Mərkəzi və Şərqi Avropaya, eləcə də Balkanlara açılan qapıdır. Bundan başqa, Azərbaycanın Xəzər və Qara dəniz arasındakı mövqeyi logistika və əlaqə baxımından çox vacibdir. Söhbət bizim bu mövqelərdən daha yaxşı istifadə edə bilməmiz və iki ölkəni daha da yaxınlaşdırmaqdan gedir.

Bizim qaz ticarəti sahəsində davamlı əməkdaşlığımız var. Bu, yaxşı başlanğıc nöqtəsidir. Lakin biz başqa imkanlardan danışırıq. Məsələn, Azərbaycan "yaşıl enerji"yə çox güclü sərmayə qoyur və Sloveniya da enerji mənbələrini, marşrutlarını şaxələndirir. Sloveniyanın energetika və ətraf mühit naziri Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında iştirak etmək üçün apreldə Bakıya gələcək. Hər iki tərəfin məqsədi bu fürsətdən istifadə edərək enerji sahəsində əməkdaşlıq üçün anlaşma memorandumu imzalamaqdır".

Müsahibənin tam mətnini ilə buradan oxuya bilərsiz!

Seçilən
16
report.az

1Mənbələr