“Biz Qərb ölkələrinə baxmırıq. Biz onlardan nə öyrənməliyik? Onlar bizdən öyrənməlidir ki, ailə mühitini necə qoruyub saxlamaq lazımdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə bildirib.
“Dünyada ən tanınmış 5 ailə modeli sırasında Azərbaycan ailə modeli var. Azərbaycanda 50-60 il bir yerdə yaşayan ailələrimiz var. Neçə dəfə xaricdən gələn ekspertlər bizim qanunvericiliklə tanış olandan sonra deyirdilər ki, sizin qanunvericilik hamısından yaxşıdır. Bizim əsas məqsədimiz onu icra etməkdir. Bizim qanunumuzdan yaxşısı yoxdur”, - deyə komitə sədri bildirib.
Nuranə Daxilqızı