İnnovasiya və Təchizat Mərkəzi ilə "Avromed Company" QSC arasında yeni müqavilə imzalanıb.
Valyuta.az xəbər verir ki, müqavilə çərçivəsində hemofiliya xəstəliyi üçün nəzərdə tutulan dərman vasitələrinin təmin edilməsi planlaşdırılır.
Bu addım, cari il üçün təsdiqlənən Tədbirlər proqramına uyğun olaraq həyata keçirilir.
Tərəflər arasında bağlanan müqavilənin maliyyə dəyəri 16 milyon 333 min 897 manat təşkil edir.
Qeyd edək ki, "Avromed Company" QSC 2002-ci ildə təsis edilib və Azərbaycanın ən böyük əczaçılıq distribütorlarından biridir. Qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur, nizamnamə kapitalı 57 000 manatdır.
Maya Hüseynova