Bu ilin yanvar-fevral aylarında ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 9 241,2 milyon manatlıq mal satılıb.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 5 066,9 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 4 174,3 milyon manatı isə qeyri-ərzaq mallarına ayrılıb.
Pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,8 faiz, qeyri-ərzaq malları üzrə isə 6,2 faiz olub.
İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədikləri vəsaitin 50 faizi ərzaq məhsulları, 4,8 faizi isə içkilər və tütün məmulatlarına, 16,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına yönəlib.
Hesabat dövründə ölkə əhalisinin hər bir nəfəri orta hesabla ayda 451,8 manatlıq alış-veriş edib. Bunun 247,7 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 204,1 manatı isə qeyri-ərzaq mallarına sərf olunub.
Maya Hüseynova