
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini növbəti dəfə Ağ Evə dəvət edəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Jurnalistlər Prezidentin rəsmi iqamətgahında Trampdan Zelenskini Ağ Evə dəvət edib-etməyəcəyini soruşublar.
“Əlbəttə, mütləq”, - deyə Tramp cavab verib.
ABŞ Prezidenti Volodimir Zelenskinin son səfəri ilə müqayisədə Ukrayna ilə danışıqlarda böyük fərq olduğunu qeyd edib
O, bu barədə Amerika və Ukrayna nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında görüşündən sonra əldə olunan atəşkəs razılaşmalarını şərh edərkən deyib.