
Keçmiş "Miss Universe" Oliviya Kalpo, Instagram-da ilk hamiləliyi haqqında sevindirici xəbəri paylaşıb. 32 yaşlı model ağ paltarla şəkillərini yayımlayıb. Şəkilin altına isə "Növbəti fəsil: Ana olmaq" deyə qeyd edib.Oliviya Kalpo 2019-cu ildən amerikalı futbolçu Kristian MakKefri ilə münasibət qurur, 2023-cü ilin aprelində isə futbolçu ona evlilik təklifi edib. 2024-cü ilin iyulunda onlar Rod-Aylend ştatında, Oliviyanın vətənində evləniblər. Oliviya, yeni şəkillərində toylarının keçirildiyi villanı və retro avtomobillə okean kənarında fotosessiya etdiklərini göstərib. O, həmçinin üç fərqli gəlinlik geyimini nümayiş etdirib.Oliviya Kalpo 2012-ci ildə "Miss Rod-Aylend" titulunu qazandıqdan sonra "Miss USA 2012" seçilməklə, daha sonra "Miss Universe 2012" titulunu əldə edib.
Diqqət Çəkənlər
Ukrayna və ABŞ danışıqlarının birinci raundunun mövzuları açıqlandı
ABŞ və Ukrayna danışıqları başladı
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər