AZ

Tramp administrasiyası yeni "özünü deportasiya" tətbiqini istifadəyə verib

Tramp administrasiyası bazar ertəsi Prezident Donald Trampın deportasiya siyasətini gücləndirmək məqsədilə ABŞ-da qanunsuz yaşayan miqrantlara mümkün həbs və saxlanma əvəzinə "öz təşəbbüsü ilə deportasiya" seçimini təklif edən yeni tətbiqi istifadəyə verib.

ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi Agentliyi CBP Home adlı proqramın insanlara "ölkədən çıxmaq niyyətini" bildirməsinə imkan verəcəyini açıqlayıb.

"CBP Home" tətbiqi əcnəbilərə indi ölkədən ayrılmaq və öz təşəbbüsü ilə deportasiya olunmaq seçimini təklif edir. Bu yolla onların gələcəkdə qanuni şəkildə qayıdıb Amerika arzusunu yaşamaq imkanı ola bilər" – deyə, Daxili Təhlükəsizlik naziri Kristi Noem bildirib.

"Əgər bunu etməsələr, biz onları tapacağıq, deportasiya edəcəyik və onlar bir daha geri qayıda bilməyəcəklər", o qeyd edib.

Respublikaçı Tramp ABŞ-da qeyri-qanuni yaşayan rekord sayda miqrantı deportasiya edəcəyini vəd edib. Demokrat Co Baydenin prezidentliyi dövründə 2024-cü maliyyə ilində aylıq deportasiya sayı Trampın ilkin deportasiya göstəricilərini üstələsə də, Baydenin deportasiya etdiyi şəxslərin əksəriyyəti sərhədi yeni keçənlər olub.

Tramp administrasiyası qeyri-qanuni miqrantların ABŞ-ı tərk etməsi üçün təzyiqi artıracaq digər addımlar da atıb.

Tramp administrasiyasının aprelin 11-dən qüvvəyə minəcək tənzimləməsinə əsasən, hüquqi statusu olmayan şəxslər hökumətdə qeydiyyatdan keçməsələr, cərimə və ya həbs cəzası ilə üzləşəcəklər.

"CBP Home" Bayden dövründə istifadəyə verilmiş "CBP One" tətbiqini əvəz edir. Bayden administrasiyası dövrünün tətbiqi Meksikada olan təxminən 1 milyon miqranta rəsmi sərhəd-keçid məntəqəsində ABŞ-a giriş üçün görüş təyin etmək imkanı verirdi.

Respublikaçılar Baydenin proqramını sərt tənqid edərək, onun ABŞ-a kütləvi miqrasiyanı asanlaşdırdığını və miqrantları yetərincə yoxlaya bilmədiyini bildirirdilər.

Tramp vəzifəyə gəldiyi ilk saatlarda "CBP One" tətbiqini ləğv etdi və bunun nəticəsində artıq görüş təyin etmiş miqrantlar qeyri-müəyyən vəziyyətdə qaldılar.

visiontv.az



Seçilən
27
visiontv.az

1Mənbələr