Bakı. Trend:
İsraillə HƏMAS arasında atəşkəslə bağlı sazişin qüvvəyə mindiyivaxtdan (19 yanvar) bəri azı 137 fələstinli qətlə yetirilib.
Trend xəbər verirki, bu barədə “Al-Mayadeen” telekanalı Fələstin anklavının mətbuatxidmətinə istinadla məlumat yayıb.
Məlumata əsasən, ölüm hallarının 52-si Rəfah şəhərində qeydəalınıb.
Xatırladaq ki, yanvar ayının ortalarında İsrail və HƏMAS Misir,Qətər və ABŞ-nin vasitəçiliyi ilə Qəzzada atəşkəs rejiminin tətbiqolunması və əsirlərin azad edilməsi lə bağlı razılığa gələrək, Dohasazişini bağlayıblıar. Sazişin gerçəkləşdirilməsinin birincimərhələsi martın 1-də yekunlaşıb. Onun çərçivəsində İsrailə 42 günərzində 33 əsir qaytarılıb.
Martın 2-dən etibarən isə İsrail HƏMAS-ın ABŞ xüsusi səfiriStiven Uitkoffun planın qəbul etməməsinə cavab olaraq Qəzzayahumanitar yardım tədarükünü bloklayıb və Qəzzanın bütünnəzarət-buraxılış məntəqələrini bağlayıb.