AZ

Prezident İlham Əliyev Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramını təsdiqləyib

Bakı. Trend:

Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dairDövlət Proqramı təsdiq edilib.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti 9 ay müddətində havadaşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair qaydalarlabağlı təkliflərini, eləcə də hava daşımaları üzrə rəsmiyyətinsadələşdirilməsinə dair Komissiyanın tərkibi və onun əsasnaməsi iləbağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli,sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə Dövlət Proqramındanəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli,tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumatverməli, hava limanlarının hava daşımaları üzrə rəsmiyyətinsadələşdirilməsinə dair proqramlarının on iki ay müddətindəhazırlanıb təsdiq edilməsinə nəzarəti təmin etməlidir.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasınınmonitorinqini və qiymətləndirilməsini Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili vəKommunikasiya Mərkəzi həyata keçirir.

Seçilən
1
43
az.trend.az

10Mənbələr