AZ

İsveçrədə su tapançası alan siyasətçi cərimələndi

İsveçrədə bir siyasətçi çəhrayı rəngli su tapançası aldığına görə cərimələnib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Sürixin qərbində yerləşən Buxs qəsəbəsinin yerli şurasının üzvü Mark Jaisli 2024-cü ilin avqustunda sözügedən tapançaları xaç övladlarına hədiyyə etmək üçün sifariş verib.

Səlahiyyətlilər su silahlarının ölkənin silah qanununu pozduğunu qeyd ediblər. Onlar bildiriblər ki, silahlar çəhrayı olsalar da, görünüşünə görə həqiqi silahlarla qarışdırıla bilərlər.

Caislinin təxminən 7,386 dollar cərimə ödəməsi qərarına gəlinib. O qanunu pozmasından xəbərsiz olduğunu və cəriməni ödədiyini bildirib.

Seçilən
16
operativmm.az

1Mənbələr