AZ

ÇL-də 1/4 finalın ilk cütü müəyyənləşdi

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün 1/8 final mərhələsinin ilk cavab oyunlarından sonra dörd komanda turnirin 1/4 finalına yüksəlib.

Publika.az xəbər verir ki, bunlar "Barselona", PSJ, "İnter", və "Bayern"dir. Nəticədə 1/4 finalın ilk cütü müəyyənləşib. Belə ki, adları qeyd edilən son iki komanda - Milan və Münhen təmsilçiləri bu mərhələdə üz-üzə gələcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-da, cavab görüşləri isə 15-16-da keçiriləcək. Turnirin final matçı mayın 31-nə təyin edilib.

Seçilən
10
publika.az

1Mənbələr