Bakı, 12 mart, AZƏRTAC
2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə cari ilin müvafiq dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 459, qanunsuz satış ilə bağlı faktların sayı 119, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 342, qrup halında olan cinayətlərin sayı 1 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 5 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 387 nəfər azalıb.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib.
Bildirilib ki, bu kateqoriyadan olan digər cinayətlərin sayı 2 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 248 kiloqram 248,613 qram artıb.
2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2025-ci ilin müvafiq dövründə qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 53 kiloqram 800,4 qram (34,3 faiz),həşişin çəkisi 9 kiloqram 523,95 qram (41,7 faiz), psixotrop maddələrin çəkisi 14 kiloqram 656,382 qram (27,5 faiz) azalıb.