Bakı, 12 mart, AZƏRTAC
Qırğızıstanın Oş vilayətində 5 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Kabar agentliyi məlumat yayıb.
Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutunun məlumatına görə, zəlzələnin episentri, Kara-Suu kəndindən 16 kilometr cənub-qərbdə yerləşib.
Dağıntı və tələfat olmadığı bildirilir.