Avropa İttifaqı (Aİ) tədbir görərək ABŞ-ın tariflərinə cavab verəcək.
İndex.az xəbər verir ki, Aİ ABŞ-ın 12 martda qüvvəyə minən polad və alüminium tariflərinə cavab olaraq aprelin 1-dən etibarən ABŞ-dan idxal edilən məhsullara qarşı yeni tariflər tətbiq edəcək.
Avropa Komissiyasının bəyanatına görə, yeni tariflər ABŞ-ın 28 milyard dollar dəyərində olan məhsullarına aid ediləcək.