Çin, İran və Rusiya diplomatları Cümə günü, martın 14-də Pekində İranın nüvə problemi ilə bağlı görüş keçirəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Çin XİN məlumat yayıb.
İclasa Çinin xarici işlər nazirinin müavini Ma Caosu sədrlik, Rusiyanı xarici işlər nazirinin müavini Sergey Ryabkov və İranı xarici işlər nazirinin müavini Kazem Qaribabadi təmsil edəcək.
Tərəflər ümumi maraq doğuran digər məsələləri də müzakirə edəcəklər.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Moskva İranın nüvə proqramı üzrə sazişin ilkin formada bərpa olunmasının tərəfdarıdır.
Telegram kanalımız