AZ

Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 6 dəfə artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin yanvar-fevral ayları ərzində dövlət əmlakının səmərəli idarə edilməsi üzrə tədbirləri davam etdirib.

Nazirliyin məlumatına görə, hesabat dövründə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 56 müqavilə bağlanıb, 45 icarə müqaviləsinin müddəti uzadılıb.

Dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 84,8 min manat vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 dəfə çoxdur.

Seçilən
2
1
vergiler.az

2Mənbələr