AZ

Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi

Maliyyə naziri Sahil Babayevin apardığı “islahatlar” davam edir. Əmək və Əhalinin Sosial Müdafiə naziri işlədiyi dövrdə apardığı “islahatlar” cəmiyyət tərəfindən birmənalı qarşılanmırdı. Hələ o zaman Sahil Babayev  minlərlə insanın müavinət və pensiyasını kəsməyi əmr etmişdi. Çoxsaylı Qarabağ döyüşlərinin iştirakçısı hələ o zaman Sahil Babyevin qəzəbinə tuş gəlmişdi.

6 fevral 2025-ci tarixli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiə naziri vəzifəsindən azad edilən Sahil Babayev elə həmin gün   Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib.

Görünən odur ki, Sahil Babayev qayçılama əməliyyatına maliyyə nazirliyində də əməl edir. Nazir bu dəfə TƏBİB tabeliyində olan bir sıra qurumların əməkdaşlarının mükafatlarının kəsilməsi haqqında göstəriş verib. Mənbəmiz idda edir ki, məhz bu qərar əməkhaqları cüzi olan 1500-ə yaxın əməkdaşa şamil olunub. Mənbəmiz iddia edir ki, bu mükafatlar əməkhaqları az olan işçilərə yardım kimi nəzərdə tutulub və əməkdaşlara maaşları ilə birlikdə ödənib. Lakin Sahil Babyevin qərarı ilə bu mükafatlar ləğv edilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Seçilən
21
1
veteninfo.az

2Mənbələr