AZ

Enrike: "Donnarumma sayəsində mərhələ adladıq"

style='margin-bottom:10px;'>

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında 1/4 finala adlamaqları barədə danışıb.

QOL.az xəbər verir ki, komanda ötən gecə 1/8 final mərhələsinin cavab oyununda "Liverpul"a 1:0 hesabı ilə qalib gəlib. İlk görüşdə İngiltərə təmsilçisi eyni hesabla qələbə qazandığı üçün üçün əlavə vaxt oynanılıb. Burada komandalar fərqlənə bilməyiblər. Penaltilər seriyasında isə PSJ üstün olub və mərhələ adlayıb - 4:1.

Paris klubunun qapıçısı Canluici Donnarumma rəqibin penalti zərbələrindən 2-ni dəf edib.

Luis Enrike isə bu qələbəni Donnarumma sayəsində qazandıqlarını deyib: 

“Topu saxlamaq çətin idi. Amma xarakter və xüsusilə Donnarumma sayəsində qalib gələ bildik. İndi artıq daha da irəli getmək barədə düşünməliyik. Biz göstərdik ki, stadiondan və ya atmosferdən asılı olmayaraq futbol oynamağı sevirik".

Qeyd edək ki, Donnarumma söügedən görüşün ən yaxşı oyunçusu seçilib.

Əlavə edək ki, PSJ 1/4 finalda "Aston Villa" (İngiltərə) - "Brügge" (Belçika) cütünün qalibi ilə qarşılaşacaq.

Seçilən
15
teleqraf.com

1Mənbələr