AZ

Şəkidə mediasiyanın rolu müzakirə olundu

Şəki Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 11 mart 2025-ci il tarixdə növbəti iclası keçirilib.

QHT.az xəbər verir ki, iclasdan əvvəl komissiya üzvləri mediasiyanın hüquq müstəvisində rolu, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunu tam qüvvəyə mindiyi gündən uşaqların mənafelərinə toxunan hallarla bağlı komissiyaya daxil olan işlərin ümumi statistikası ilə bağlı müzakirələr aparıblar.

Müzakirələr zamanı komissiya üzvləri bildiriblər ki, ailə mübahisələri ilə bağlı məhkəmədən öncə mediasiya prosesinin tətbiq edilməsi və bu sahədə aktiv fəaliyyət göstərən mediatorların uğurlu fəaliyyətləri nəticəsində ailə mübahisələrinə dair məhkəməyə daxil olan işlərin, o cümlədən, komissiyaya daxil olan işlərin sayında kəskin azalma müşahidə edilir.

İclasda həmçinin mediasiya ilə bağlı islahatlar və əməkdaşlıqlar müzakirə olunub.

Seçilən
28
qht.az

1Mənbələr