AZ

Kartla ödəniş zamanı niyə marketlərdə çətinliklər yaşanır?

Son zamanlar marketlərdə post terminal vasitəsilə ödənişlərdə problemlər yaşanır.

“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, son aylarda alıcılar müxtəlif marketlərdən alış-veriş edən zaman kartla ödəniş etmək istəyərkən post terminalın işləmədiyi hallarla üzləşir.

Sakinlərin sözlərinə görə, belə hallar olan zaman isə üzərlərində nağd pulun olmamasından məcbur qalıb aldıqları məhsulu yerinə qaytarmalı olurlar.

Satıcıların sözlərinə görə, belə problemlər bankla deyil, əsasən post terminalın özündən qaynaqlanır. Belə ki, alıcının çox olması ilə əlaqədar kart ilə mədaxil ard-arda olan zaman terminalda müvəqqəti donma halları baş verə bilir.

Bank məsələləri üzrə ekspert Günay Hüseynova məsələ ilə bağlı bildirib ki, bu cür hallar həm istehlakçıların narazılığına, həmçinin hüquqi cəhətdən bəzi pozuntulara gətirib çıxarır. Ekspertin sözlərinə görə, bu cür halların baş verməsində məsuliyyət satıcının üzərinə düşür. Bu problemlə üzləşdiyi halda firma alıcıların komfortunu təmin etmək üçün dərhal məsələ ilə bağlı banka məlumat verməli və problemi tezliklə aradan qaldırmalıdır.

Qanunvericiliyə əsasən isə mağaza və iaşə obyektlərində kartla ödənişin qəbul edilməməsi qanun pozuntusu hesab olunur.

Müəllif: Türkan_zadə

Seçilən
7
heftelik.az

1Mənbələr