Türkiyənin "Qalatasaray" klubu yeni qapıçı transferi üzərində işləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi hazırda yay transfer pəncərəsində yeni qapıçı almaq üzərində işləyir.
38 yaşlı Fernando Muslera Uruqvaya qayıtmağı planlaşdırdığı üçün "sarı-qırmızılar" İnaki Penyanı transfer etmək variantını fəal şəkildə nəzərdən keçirir.
Fernando Muslera bu mövsüm bütün turnirlərdə klubun heyətində 34 oyunda iştirak edib.