Madrid “Real”ının futbolçusu Arda Güler karyerasını İtaliyada davam etdirə bilər.

Offsideplus.az “Sport” nəşrinə istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi “kral klubu”nda kifayət qədər oynaya bilmədiyi üçün komandadan ayrılmağı düşünür.

O, son 9 matçın 7-də forma geyinməyib.

20 yaşlı futbolçu ilə İtaliya nəhəngləri - “Milan” və “İnter” yaxından maraqlanır.

Bundan öncə, Ardaya Almaniyadan da təkliflər var idi. Leverkuzen "Bayer"i və "Ayntraxt" onu heyətinə cəlb etmək istəyini bildirmişdi.

“Real” rəhbərliyi gənc yarımmüdafiəçinin gedişinə icazə versə belə,  müqaviləyə geri satınalma bəndi salınacaq.