Sabah Kremldə Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında danışıqlar keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Bildirilib ki, bu, Lukaşenkonun Belarus prezidenti postuna yenidən seçilməsindən sonra ilk xarici səfəri olacaq: “Liderlər görüş zamanı aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar”.
Görüşdən sonra bir sıra birgə sənədlərin imzalanması gözlənilir.