AZ

Fransa Rusiya aktivlərinin müsadirəsini dəstəkləmir, lakin mümkün nəticələri araşdırır – ÖZƏL

Fransa hökuməti hazırda Rusiya aktivlərinin müsadirəsini dəstəkləmir, lakin belə bir addımın mümkün nəticələrini araşdırmağa davam edir.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin rəsmi hökumət nümayəndəsi, nazir nümayəndəsi Sofi Primaz məlumat verib.

"Hal-hazırda biz bunu dəstəkləmirik", - deyə o, Sud Radioya müsahibəsində bildirib. Nazir belə bir qərarın həm Fransa, həm də Avropa iqtisadiyyatına "sistemli təsirlər" göstərə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Avropa banklarında təkcə Rusiyaya məxsus deyil, digər qeyri-Avropa ölkələrinə aid aktivlər də saxlanılır.

Bununla yanaşı, Primaz bildirib ki, Prezident Emmanuel Makron və Baş nazir Fransua Bayru İqtisadiyyat və Maliyyə naziri Erik Lombara bu məsələ ilə bağlı daha dərin təhlil aparmaq göstərişi veriblər. O, həmçinin Müdafiə naziri Sebastyan Lekornu tərəfindən verilən açıqlamanı xatırladaraq, Fransa hökumətinin dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirin bir hissəsi ilə Ukraynaya 195 milyon avro hərbi yardım ayırdığını qeyd edib. "Dondurulmuş Rusiya aktivlərindən əldə edilən faiz gəliri 3 milyard avroya çatıb", - deyə o əlavə edib.

Xatırladaq ki, iyul ayında Kremlin sözçüsü Dmitri Peskov Avropada Rusiya aktivlərinin ələ keçirilməsini qanunsuz hesab etdiklərini və Moskvanın buna cavab tədbirləri görəcəyini bəyan edib. O, Rusiyanın məsul şəxslərə qarşı hüquqi mübarizə aparacağını və Avropanın Rusiya vəsaitlərini Kiyevə dəstək üçün istifadə etməklə yanlış seçim etdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
52
olaylar.az

1Mənbələr