AZ

GMLRS raketlərinin Avstraliyaya satışı təsdiqlənib

ABŞ Dövlət Departamenti 91.2 milyon dollar dəyərindəki GMLRS raketlərinin Avstraliyaya satışını təsdiq edib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 54 ədəd GMLRS raketinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “Lockheed Martin” şirkəti olacaq.

Seçilən
18
poliqon.az

1Mənbələr