AZ

Sabiq ''Fənər''li Acunun komandasında həm qol vurdu, həm də qovuldu

Acun Ilıcalının sahibi olduğu ''Hall Siti'' çempionşipdə növbəti oyununu keçirib.

''Football-plus.az'' xəbər verir ki, ''pələnglər'' 36-cı turda ''Bristol Siti''nin qonağı olublar. İlk yarıya ''Fənərbaxça''nın sabiq üzvü Joao Pedro damğa vurub. Braziliyaəsilli italiyalı futbolçu əvvəlcə 13-cü dəqiqədə komandasını hesabda önə keçirib. Amma Pedro cəmi 1 dəqiqə sonra hakimə sərt etirazına görə birbaşa qırmızı vərəqə alıb və bir andaca qəhrəmandan antiqəhrəmana çevrilib.

Uzun müddət azlıqda oynayan ''Hall Siti'' qələbə hesabını qoruya bilməyib və nəticədə görüş 1:1-lik bərabərliklə yekunlaşıb. Karyerasını ''Hall Siti''də davam etdirən 'Fənər''in daha bir sabiq üzvü Linkoln Enrike də ikinci hissədə meydana çıxıb. Ötən mövsüm 7-ci pilləni tutaraq son anda pley-offdan kənar qalan ''Hall Siti'' bu mövsüm zəif çıxış edir.

Komanda 36 oyuna topladığı 37 xalla 19-cu pillədə qərarlaşıb və düşmə zonasından cəmi 5 xal öndədi.

ƏLİ

Seçilən
9
football-plus.az

1Mənbələr