"Barselona"nın hücumçusu Rafinya Çempionlar Liqasının 1/8 final mərhələsinin "Benfika" ilə cavab oyununda (3:1) dubl edərək, braziliyalı futbolçular arasında bu turnirdə bir mövsümdə qol sayına görə rekord qırıb.
Publika.az xəbər verir ki, bu barədə “Opta Sports” məlumat yayıb.
28 yaşlı vingerin aktivində hazırda 11 qol var. Bundan əvvəl əsas avrokubok turniri tarixində heç bir braziliyalı 10-dan çox qol vurmayıb. Belə ki, Kaka (2006/2007), Rivaldo (1999/2000), Jardel (1999/2000), Roberto Firmino (2017/2018) və Neymar (2014/2015) hər biri 10 qol vurub.
Qeyd edək ki, bu mövsüm Rafinya bütün turnirlərdə 41 oyun keçirib, 27 qol vurub və 19 məhsuldar ötürmə edib.