“2018-2024-cü illərdə Cənubi Qafqaz ölkələrində turizmdən gəlirlər fərqli olub. Ümumilikdə pandemiya hər 3 ölkənin turizm sektoruna mənfi təsir göstərsə də, Rusiya - Ukrayna müharibəsindən daha çox faydalanan Gürcüstan və Ermənistan olub”.
“AzPolitika” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan quru sərhədlərini bağlamaqla Rusiya və Ukraynadan gələn turist axınlarının qarşısını almağa üstünlük verdi: “Görünən odur ki, ən çox qazanc Gürcüstana məxsusdur və bu ölkədə turizmdən gəlirlər ilbəil artır. 2023-cü ildə turizmdən 4,1 milyard dollar qazanıb və 2024-cü ildə bu göstəricinin daha da çox olacağını ehtimal etmək olar. Ermənistanda isə əksinə, 2022-2023-cü illərdəki artımdan sonra 2024-cü ildə nisbətən azalmanın olmasını gözləmək olar”.
