AZ

2024-cü ilin arıçılıq təsərrüfatı ilə bağlı statistikası açıqlanıb

Bakı, 12 mart, AZƏRTAC

Ötən il 30 min 601 təsərrüfatda mövcud olan 579 min arı ailəsindən 5166,3 ton bal, 132,1 ton mum, 8,5 ton vərəmum, 16,8 ton güləm və 239,3 kiloqram arı südü əldə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, istehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,6 manat, mumun - 16,5 manat, vərəmumun - 109,7 manat, güləmin - 140,9 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 7 manat olub.

2023-cü illə müqayisədə 2024-cü ildə arı ailələrinin sayı 3,1 faiz, mum istehsalı 23,5 faiz, vərəmum istehsalı 43 faiz, arı südü istehsalı 14,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2,4 faiz azalsa da, bal istehsalı 13,5 faiz, güləm istehsalı 88,8 faiz artıb.

Arı ailələrinin sayında və bəzi arıçılıq məhsullarının istehsalında azalma əsasən arı xəstəlikləri ilə əlaqədar olub.

Seçilən
18
azertag.az

1Mənbələr