AZ

Lavrov şərtləri açıqladı: Əgər Ukrayna güzəştə getsəydi...

Əgər respublikanın hakimiyyət orqanları güzəştə getsəydi və öz təşəbbüslərini həyata keçirsəydi, Ukrayna 1991-ci il sərhədlərini Krımsız və Donbasın bir hissəsi olmadan saxlaya bilərdi.

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı blogerlər Mario Noufal, Larri Conson və Endryu Napolitanoya danışıb.

“Əgər onlar əməkdaşlıq edib öz təşəbbüslərini həyata keçirsəydilər, hələ də Krımsız, Donbasın hansısa bir hissəsi olmadan 1991-ci il sərhədlərinə sahib olacaqdılar. Hər dəfə, hansı ki onlar aldadanda uduzurlar”, - Lavrov deyib.

Adəm

Seçilən
12
publika.az

1Mənbələr