AZ

Bu gün Bakıda dünya çempionatının püşkü atılacaq

Bu gün Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək.

Fanat.Az xəbər verir ki, tədbir "The Ritz-Carlton" otelində keçiriləcək və saat 18:00-da baş tutacaq. 

Mundialda iştirak edəcək 32 komanda 4 səbətə bölünüb.

Elşad Quliyevin baş məşqçisi olduğu Azərbaycan yığması Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya və Slovakiya ilə birlikdə 1-ci səbətdə yer alıb.

2-ci səbətdə Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritaniya, Qana, 3-cü səbətdə İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina Tailand, BƏƏ, Çad, İspaniya və Sloveniya qərarlaşıb.

Polşa, Hindistan, Türkiyə, Kosta-Rika, İsrail, Bəhreyn, Özbəkistan və Argentina isə 4-cü səbətdə yer alıb.

Turnir mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.

Dünya Minifutbol Federasiyası (WMF) tərəfindən beşinci dəfə təşkil ediləcək mundialın son qalibi Rumıniya yığması olub.

Seçilən
27
fanat.az

1Mənbələr