AZ

Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramının prioritet istiqamətləri açıqlanıb

Bakı. Trend:

Prezident İlham Əliyevin Sərəncamı ilə bu gün təsdiq edilən Havadaşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramının prioritet istiqamətləriaçıqlanıb.

Trend xəbər verir ki, Dövlət Proqramınınprioritet istiqamətləri aşağıdakılardır:

Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsisahəsində nəzarət və icra prosedurlarının beynəlxalq standartlaravə tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması:

Əsaslandırma:

- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsininqanunvericilikdə yeni olmasını nəzərə alaraq, müvafiq beynəlxalqstandartların və tövsiyə olunan təcrübənin öyrənilməsi, habelənəzarət və icra prosedurlarının uyğunlaşdırılması prosesininaparılması zəruridir.

Görüləcək tədbirlər:

- rəsmiyyətin sadələşdirilməsi sahəsində dünya təcrübəsininaraşdırılması;

- beynəlxalq təcrübə, habelə ölkə üzrə mövcud vəziyyətinmonitorinqi və təhlili əsasında hava limanlarında (aeroportlarda)hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqramıntərtib edilməsi;

- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinin təminedilməsi istiqamətində davamlı monitorinqin təşkili;

- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinin təminedilməsi üçün müfəttiş yoxlamalarının aparılması;

- hava limanlarında (aeroportlarda) rəsmiyyətin sadələşdirilməsiilə bağlı mübadilə və mühafizə edilən məlumatların yayılmasınınqarşısının alınması üçün müvafiq texniki vasitələrdən istifadəetməklə tələb olunan tədbirlərin görülməsi;

- hava limanlarında (aeroportlarda) hava daşımaları üzrərəsmiyyətin sadələşdirilməsinə dair komissiyaların yaradılması;

- hava limanlarında (aeroportlarda) mövcud şəraitin əlilliyiolan şəxslər üçün universal dizayn prinsipləri əsasında beynəlxalqstandartlara uyğunlaşdırılması;

- hava limanlarında (aeroportlarda) hava daşımaları üzrərəsmiyyətin sadələşdirilməsində iştirak edən dövlət orqanları(qurumları) tərəfindən göstərilən xidmətlərinrəqəmsallaşdırılması.

Gözlənilən nəticə və nəticə indikatorları:

- monitorinqin həyata keçirilməsi ilə bağlı prosedursənədlərinin təsdiqi, ildə bir dəfə monitorinqlərin keçirilməsitəmin ediləcəkdir;

- illik fəaliyyət planı üzrə müfəttiş yoxlamalarının keçirilməsitəmin ediləcəkdir;
- hava limanlarında (aeroportlarda) rəsmiyyətin sadələşdirilməsiilə bağlı mübadilə və mühafizə edilən məlumatların qorunması təminediləcəkdir;
- komissiyaların iclaslarında qəbul edilmiş qərarların icrası təminediləcəkdir;
- hava limanlarında (aeroportlarda) göstərilən xidmətlərə əlilliyiolan şəxslərin təhlükəsiz və əlçatanlığı təmin ediləcəkdir;
- xidmətlərin rəqəmsallaşması prosesinin yekunlaşdırılması təminediləcəkdir.

Gözlənilən risklər və onların neytrallaşdırılmasıtədbirləri:

- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi ilə bağlıtədbirlərin beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyəuyğunlaşdırılması prosesi zamanı daxili qanunvericilikdə fərqlərinmeydana gəlməsi təkmilləşdirməyə zərurət yarada bilər.

Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsisahəsində kadr hazırlığı və beynəlxalq əməkdaşlığıngenişləndirilməsi:

Əsaslandırma:

- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsindəxarici dövlətlərlə təcrübə mübadiləsinin yaranması bu sahədəçalışan əməkdaşların kadr hazırlığının təkmilləşdirilməsinə şəraityaradacaqdır.

Görüləcək tədbirlər:

- mülki aviasiya sahəsində ixtisaslaşmış personalın hazırlanmasıvə hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə cəlbedilməsi;

- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsindəxarici dövlətlərlə təcrübə mübadiləsi, aviasiya personalının, eləcədə digər dövlət orqanlarının (qurumlarının) aviasiya sahəsindəfəaliyyət göstərən əməkdaşlarının əlavə təhsili üçün tədbirlərinhəyata keçirilməsi.

Gözlənilən nəticə və nəticə indikatorları:

- ixtisaslaşmış texniki personalın hava daşımaları üzrərəsmiyyətin sadələşdirilməsinə cəlb olunması təmin ediləcəkdir;

- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsindəixtisaslaşmış kadrların təmin edilməsi prosesinin yekunlaşdırılmasıtəmin ediləcəkdir.

Gözlənilən risklər və onların neytrallaşdırılmasıtədbirləri:

- maddi-texniki bazanın mövcud olmaması müəyyən çətinlikləryaradacaqdır. Əlavə olaraq, işçilərin təlim keçməsini təmin etməkmürəkkəb və vaxt aparan proses ola bilər. Xarici dövlətlərlətəcrübə mübadiləsi zamanı tələb olunacaq maliyyə resurslarınındüzgün müəyyən edilməsi zəruridir.

Normativ hüquqi bazanıntəkmilləşdirilməsi:

Əsaslandırma:
- beynəlxalq təcrübənin araşdırılması və öyrənilmiş təcrübəəsasında milli qanunvericiliyin təkmilləşdirilməsi zəruridir.

Görüləcək tədbirlər:

- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsindənormativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərhazırlanması;

- beynəlxalq standartlar nəzərə alınaraq sərnişinlər və havagəmisinin heyəti, sərnişinlər barədə ilkin məlumatlar və sərnişinadlarının qeydiyyat məlumatlarının toplanması, saxlanılması,mühafizəsi, təhlili, istifadəsi və mübadiləsini tənzimləyənnormativ hüquqi aktların hazırlanması.

Gözlənilən nəticə və nəticə indikatorları:

- normativ hüquqi akt layihələrinin razılaşdırılmaq və təsdiqüçün aidiyyəti üzrə təqdim olunması təmin ediləcəkdir.

Gözlənilən risklər və onların neytrallaşdırılmasıtədbirləri:

- aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətininəlaqələndirilməsində çətinliklər yarana bilər. Belə ki, havadaşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsi bir sıra dövlətorqanlarının (qurumlarının) fəaliyyəti ilə əlaqəli olduğundankoordiasiya təkliflərinin alınması və razılaşdırılma ilə bağlıgecikmələr baş verə bilər. Qeyd edilən məsələlərin həlli məqsədiləhəmin dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarətmüvafiq işçi qrupların yaradılması məqsədəuyğun hesab edilir.

Dövlət Proqramının həyata keçirilməsinə cəlb edilmişrəsmiyyətin sadələşdirilməsi sahəsində fəaliyyət göstərən dövlətorqanlarının (qurumlarının) və xidmət təminatçılarınınfəaliyyətinin əlaqələndirilməsi üçün rəsmiyyətin sadələşdirilməsiüzrə birgə fəaliyyətin təşkili:

Əsaslandırma:

- rəsmiyyətin sadələşdirilməsi sahəsində beynəlxalqqanunvericiliyin araşdırılması, Azərbaycan Respublikasınınərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərkedəcək hava gəmisinin sərnişin və heyət üzvləri barədə məlumatlarınmübadiləsi, təhlili və qorunması üzrə fəaliyyətinşəffaflaşdırılması, sadələşdirilməsi, bununla da həmin fəaliyyətinoperativliyinin, səmərəliliyinin və proqnozlaşdırma keyfiyyətininartırılması, məlumatların təhlili üçün əlaqəli proseslərinrəqəmsallaşdırılması, məlumatların mübadiləsini və təhlilinihəyata
keçirən iştirakçılar arasındakı münasibətlərdə tam rəqəmsal mühitintətbiq edilməsi, o cümlədən onların informasiya sistemləri vəehtiyatları ilə inteqrasiyasının və sənəd (məlumat) mübadiləsinintəmin olunması zəruridir.

Görüləcək tədbirlər:

- Azərbaycan Respublikasında sərnişinlər barədə ilkin məlumatlarvə sərnişin adlarının qeydiyyatı məlumatlarının təhlili və emalıüzrə işlərin görülməsi;

- sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarınınqeydiyyatı məlumatlarının ötürülməsi zamanı Beynəlxalq MülkiAviasiya Təşkilatının “Doc 9303, müvafiq texniki vasitə ilə oxunabilən səyahət sənədləri” ilə müəyyən edilmiş tələblərə uyğun olanvə müvafiq texniki vasitələrlə oxuna bilən məlumatlarınötürülməsinin təmin edilməsi.

Gözlənilən nəticə və nəticə indikatorları:

- sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarınınqeydiyyatı məlumatlarının emal edilməsi və mühafizəsi üzrə işləringörülməsi;

- sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarınınqeydiyyatı məlumatlarının oxunaqlılığının təmin edilməsi.

Gözlənilən risklər və onların neytrallaşdırılmasıtədbirləri:

- aidiyyəti dövlət orqanlarının (qurumlarının)fəaliyyətinin əlaqələndirilməsində, habelə qeydiyyat məlumatlarsisteminin beynəlxalq standartlar əsasında qurulmasında texnikiçətinliklər yarana bilər. Çətinliklərin aradan qaldırılmasıməqsədilə dövlət orqanları (qurumları) arasında məlumatlarsisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətindəqarşılıqlı fəaliyyətin daha çevik təmin edilməsi məqsədilə vəməlumatlar sisteminin bir çox sahələri əhatə etdiyini nəzərəalaraq, təhlillər aparılması və həmin təhlillər əsasındarazılaşdırılmış normaların müəyyən edilməsi məqsədəuyğun hesabolunur. Bununla əlaqədar müvafiq işçi qruplar yaradıla bilər.

Məqalədə:
Seçilən
25
1
az.trend.az

2Mənbələr