UFC-də yüngül çəki dərəcəsində (70 kq-a qədər) çıxış edən azərbaycanlı döyüşçü Rafael Fiziyev yarımyüngül çəki dərəcəsinə (65 kq-a qədər) keçə biləcəyini istisna etməyib.
QOL.az bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.
“Həmin çəkiyə keçmək barədə düşünməyə başlamışam. Çünki sonuncu dəfə çəki atmaq mənim üçün çox asan oldu. Döyüşdən əvvəlki bir həftə ərzində dietoloqum məni çəki almağa məcbur etməyə çalışırdı. Ona görə ki, artıq çəkini çox asanlıqla itirirdim.
Bəli, çəki dəyişmək barədə fikirləşmişəm. Ən yaxşı döyüşçülərlə döyüşmək istəyirəm.TOP-10-dakı döyüşçülər çox maraqlıdır. Əgər həmin diviziona keçsəm, onların başı ağrıyacaq,” – deyə Fiziyev Ariel Helvani ilə podkastda bildirib.