AZ

Klubunun ən yaxşı 3-cü bombardiri oldu

Məhəmməd Salah məhsuldar oyununu davam etdirir.

“Liverpul”un vingeri premyer-liqanın “Sauthempton” ilə oyununda dubl etməklə komandasının 3:1 hesablı qələbəsində böyük rol oynayıb. Misirli futbolçu qırmızı formada vurduğu qollarının sayını 243-ə çatdırıb. Qordon Hocsonu (241) arxada qoyan Məhəmməd indi İngiltərə klubunun ən yaxşı 3-cü bombardiridi. O, bu planda yalnız Yan Raşdan (346) və Rocer Hantdan (285) geri qalır.

Salahın “Liverpul”da 2017-ci ildən çıxış etdiyini, komandada 390 oyun keçirdiyini də bildirək.

Seçilən
17
football-plus.az

1Mənbələr