AZ

“Milan” yeni futbolçu aldı

“Milan” yeni transferini açıqlayıb.

İtaliya klubu “Nyu York Red Bullz”un və ABŞ-nin U-16 yığmasının müdafiəçisi Ostin Mbayeni transfer edib. 16 yaşlı futbolçu “Milan”a azad agent kimi keçsə də, italiyalılar FİFA-nın qaydalarına uyğun olaraq onu yetişdirən ABŞ klubuna pul ödəyəcəklər.

Xəbərdə Mbayenin 18 yaşında deyil, 16 yaşında Avropaya getməsinə imkan verən Almaniya pasportu olduğu da qeyd edilir. O, iyulun 1-də “Milan Futuro” layihəsinə qoşulacaq. Yeniyetmə futbolçunun “Milan”da əvvəlcə U-17 komandasında çıxış edəcəyi gözlənilir.

Seçilən
4
1
football-plus.az

3Mənbələr