AZ

Bakıda vətəndaşa qarşı 22 min manatlıq dələduzluq edilib

Xəzər rayonunda dələduzluq edən şəxslər saxlanılıb.

Xəzər rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə zərərçəkənin 22300 manatını aldadaraq ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı Ə.Abbasov və 23 yaşlı S.Salikov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
1
operativmedia.az

10Mənbələr