AZ

Aİ-nin xüsusi nümayəndəsi Türkiyədə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib

Bakı. Trend:

Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusinümayəndəsi Maqdalena Qrononun Türkiyəyə səfəri başa çatıb.

Trend xəbərverir ki, M. Qrono bu barədə özünün "X" sosial şəbəkəsindəyazıb.

Onun sözlərinə görə, səfər zamanı Türkiyə rəsmiləri ilə bir sıramühüm regional məsələlər üzrə danışıqlar aparılıb.

"Ankara səfəri uğurla başa çatıb. Mən Türkiyədəki həmkarlarımaCənubi Qafqazdakı məsələlər, o cümlədən Azərbaycan və Ermənistanarasında münasibətlərin normallaşdırılmasına, Gürcüstandakımünaqişə ilə bağlı məsələlərə, həmçinin Türkiyə ilə Ermənistanarasında münasibətlərin normallaşması məsələləri və regionalgündəmlə bağlı açıq və konstruktiv fikir mübadiləsinə görəminnətdaram.

Cənubi Qafqaz, Türkiyə, Mərkəzi Asiya və Aİ ölkələri üçünfaydalı ola biləcək əməkdaşlıq və qarşılıqlı fəaliyyətingücləndirilməsi imkanları da müzakirə edilib. Artan qlobalçağırışlar qarşısında regional sabitliyə, təhlükəsizliyə və davamlısülhə nail olmaq üçün səyləri ikiqat artırmaq zəruridir", - obildirib.

Seçilən
11
az.trend.az

1Mənbələr