Olaylar.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O, Trampın Xameneiyə yazdığı məktubun ərəb ölkələrindən biri tərəfindən İrana çatdırılacağını açıqlayıb.
Nazirin sözlərinə görə, məktub yazılsa da, Tehrana hələ çatmayıb.
"ABŞ Prezidentinin məktubu yazılıb, amma hələ ki bizə çatmayıb. Qərara alınıb ki, məktubu ərəb ölkələrindən birinin nümayəndəsi tezliklə Tehrana çatdırsın", - XİN rəhbəri əlavə edib. /APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31