AZ

Qazax-Tovuz bölgəsində kişi ibtidai sinif müəllimlərinin SAYI

Xəbər verdiyimiz kimi ölkə üzrə ümumi təhsil məktəblərində 30 min 615 kişi müəllim çalışır. 2024/2025-ci tədris ilində ümumi təhsil müəssisələrində çalışan kişi ibtidai sinif müəllimlərinin sayı isə 1781 nəfərə bərabərdir.

 

Bəs görəsən, bu say regionlar üzrə necə bölünüb?

 

AzEdu.az statistika ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

 

Sorğumuza verilən cavaba əsasən, Qazax-Tovuz RTİ üzrə 68 nəfər kişi ibtidai sinif müəllimi var.

 

“Onlardan 26 nəfər Gədəbəydə, 3 nəfər Qazaxda, 10 nəfər Şəmkirdə, 29 nəfər Tovuzda fəaliyyət göstərir. İdarənin tabeliyində olan Ağstafa bölgəsində isə heç bir kişi ibtidai sinif müəllimi yoxdur”.

Seçilən
29
azedu.az

1Mənbələr