AZ

Elektron Əmtəə-Nəqliyyat Qaiməsinin tətbiqinin genişləndirilməsi davam etdirilir - FOTO

Elektron Əmtəə-Nəqliyyat Qaiməsinin tətbiqinin genişləndirilməsi üzrə maarifləndirici tədbirlər davam etdirilir.

E-qaimə “AYNA” informasiya sistemində yaradılan “Elektron əmtəə-nəqliyyat qaiməsi” altsistemində tərtib olunmalıdır.

Daşıyıcı tərəfindən elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməyən əmtəə təyinatlı yüklər daşınma üçün qəbul edilə bilməz.

Elektron əmtəə-nəqliyyat qaiməsi:
✅ yükgöndərənlə daşıyıcı arasında müqaviləni;
✅ daşıyıcı tərəfindən yükün daşınmaya qəbul olunmasını;
✅ yükalan tərəfindən yükün qəbul edilməsini təsdiq edir.

Elektron əmtəə-nəqliyyat qaiməsi https://e-xidmet.ayna.gov.az/ portalına daxil olaraq rəsmiləşdirilir.

FOTO QALEREYA
Seçilən
9
avtosfer.az

1Mənbələr