AZ

Sergey Lavrov fon der Lyayeni "fürer Ursula" adlandırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni Avropanı remilitarizasiyaya səfərbər edən "fürer Ursula" adlandırıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə nazir amerikalı bloqerlər Mario Naufal, Larri Conson və Endrü Napolitanoya müsahibəsində deyib.
XİN rəhbərinin sözlərinə görə, Ukrayna NATO-ya üzvlüyü konstitusiyaya daxil edəndə, eyni zamanda, milli azlıqların təminatlarını saxlayanda vəziyyət dəyişib.
"Onlar bəyan etdilər ki, NATO və Avropa İttifaqı Ukraynanın gələcəyidir. Onlar bu barədə danışmağa başlayanda Avropa İttifaqı hələ ki iqtisadi birliyin bəzi xüsusiyyətlərini qoruyub-saxlayırdı, lakin indi o, bu xüsusiyyəti tamamilə itirib. "Fürer Ursula" hamını Avropanın remilitarizasiyasına səfərbər edir", - deyə Lavrov bildirib.
O qeyd edib ki, söhbət inanılmaz məbləğlərdən gedir.
"Bir çoxları düşünürlər ki, bu, COVID-19 pandemiyası ilə mübarizə dövründə və Ukraynaya yardım göstərilən zaman lazımi audit olmadan xərclənən onlarla və yüzlərlə milyard avronun diqqətdən yayındırılması üçün bir hiylə ola bilər. Bütün bunlar hazırda müzakirə olunur", - deyə Lavrov vurğulayıb.
Seçilən
15
oxu.az

1Mənbələr