AZ

Kompani: “Bayer”ə qarşı yaxşı tarazlıq nümayiş etdirdik”

“Bayern”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının 1/8 finalının “Bayer”lə cavab oyununu (2:0) şərh edib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Fikrimcə, uşaqlarım bu gün nə qədər həris olduqlarını və nəyə nail olmaq istəyində olduqlarını bir daha nümayiş etdirdilər. Biz qalib gəldik, amma mən şirniklənmək fikrində deyiləm.

Düşünürəm ki, ikinci hissə çox maraqlı idi. Birinci hissədə biz adi qaydasınca təpki edirdik. Biz çoxsaylı məqamlarımızın olmayacağını bilirdik, amma biz bir neçəsini yaratdıq.

İkinci hissədə biz yaxşı müdafiə olunurduq, baxmayaraq ki, meydanda onların çoxlu hücumameylli futbolçuları vardı. Ancaq biz heç nəyə baxmayaraq israrla mübarizə aparırdıq, asmalar zamanı etibarlı müdafiə olunurduq – rəqib qapısı ağzına isə hələ də təhlükəli olurduq. Biz yaxşı tarazlıq nümayiş etdirdik.

Mən “İnter”lə oyunu səbirsizliklə gözləyirəm, amma buna qədər bir neçə oyunumuz var. Mənim işim – həmişə növbəti oyunlara hazırlaşmaqdır”, deyə Kompani vurğulayıb.

Evdəki ilk oyunda 3:0 hesablı qələbə qazanmış “Bayern” ümumi hesabda (5:0) cütün qalibi olaraq, UEFA Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanıb. “Bayern” bu mərhələdə İtaliya nəhəngi “İnter”lə qarşılaşacaq. Leverkuzen “Bayer”i isə ümidlərini növbəti mövsümə bağlayıb.

Seçilən
12
arena.az

1Mənbələr