AZ

ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini bərpa edib

Bakı, 12 mart, AZƏRTAC

Vaşinqton Kiyevə kəşfiyyat məlumatlarının verilməsini bərpa edib.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ milli kəşfiyyatının direktoru Tulsi Qabbard “X” sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, Birləşmiş Ştatlar müvafiq qərarı Kiyevin silahlı münaqişənin həllinə razılıq verdiyi üçün qəbul edib.

“ABŞ Prezidentinin rəhbərliyi sayəsində biz Ukraynadakı qanlı müharibəni dayandırmağa bir addım yaxınlaşmışıq. Prezidentin göstərişinə əsasən Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində fasilə başa çatıb”, - deyə Qabbard bildirib.

Bundan əvvəl Polşa müdafiə nazirinin müavini Pavel Zalevski bəyan etmişdi ki, Polşa qovşağı vasitəsilə Vaşinqtondan Kiyevə hərbi yardımın çatdırılması bərpa olunub.

Fevralın 27-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna böhranını dinc danışıqlar yolu ilə həll etməkdən heç vaxt boyun qaçırmadıqlarını bildirmişdi. Eyni zamanda, Rusiya tərəfi münaqişənin köklü səbəbləri aradan qaldırmaq yolu ilə həllində israrlıdır.

Seçilən
9
azertag.az

1Mənbələr