ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna münaqişəsinin həllində artıq fəal iştirak etmir.
Publika.az "Politico"ya istinadla xəbər verir ki, bunu ABŞ administrasiyasının rəsmiləri bildirib.
Məlumata görə, ABŞ dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals, Yaxın Şərq üzrə nümayəndə Stiv Vitkoff kimi şəxslər bu məsələnin önündə gedirlər.
Nəşr nümunə kimi Ciddədə amerikalılar və ukraynalılar arasında aparılan hazırkı danışıqları göstərib. Müşahidəçilər Trampın Ukrayna üzrə xüsusi nümayəndəsinin Ukrayna tərəfi ilə danışıqlarda niyə iştirak etməməsi ilə maraqlanıblar.
"Kelloqun rolu böyük sual altına düşüb və ümumilikdə administrasiyada hazırda kimin nəyə görə məsuliyyət daşıdığı aydın deyil", - deyə nəşrin müəllifləri bildiriblər. Lakin Kelloqa yaxın olan bəzi şəxslər onun birbaşa ABŞ prezidenti Donald Trampla işlədiyini vurğulayaraq bu açıqlamaları təkzib ediblər.